“Ermənistanın problemi ərazi, mədəniyyət, təhsil, demoqrafik, kiber və digər sahələrdə təhlükəsizliyin qorunmasıdır. Nikolun problemi isə əsasən iqtisadi inkişafı müvəqqəti saxlamaqdır ki, onun qurulmasında heç bir rolu olmayıb”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni politoloq Vazgen Petrosyan deyib.
“Nikol və onun yoldaşları Ermənistanın təhlükəsizlik sistemlərini məhv edərək dünyanın ən yaxşı və təcrübəli diplomatlarının bir-birinə qarşı oynadığı “yeni klassik müharibə” oyununa girməyə çalışırlar”-deyə o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az