FotoJet 2023 03 01T082504.433

38 nəfərin öldüyü dəmiryolu qəzasına insan amili səbəb olub.

Globalinfo.az-ın xəbərinə görə, bunu Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis deyib.

Dəmiryol stansiyasının rəisi qəzaya görə özünü də təqsirkar bilib.

Maşinistlərin həmkarlar təşkilatı sözügedən mənzildə siqnallaşma sisteminin işləmədiyini, 2000-ci ildən bütün işlərin əllə aparıldığını deyib

Qeyd edək ki, Yunanıstanda baş vermiş qəza zamanı yük və sərnişin qatarı toqquşub. Qəza zamanı sərnişin qatarında 346 nəfər olub və son məlumatlara əsasən 38 nəfər ölüb, 85 nəfər yaralanıb.

Paylaş: