“Şuman deklorasiyası”nın Zəngəzur əks-sədası – VİDEO

“Türkiyə, Rusiya və İranın üç Cənubi Qafqaz ölkəsi ilə əməkdaşlığı formatı ideya olaraq ilk dəfə Ankara tərəfindən 2000-ci illərin əvvəllərində səsləndirilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan süjetdə bildirilib.

“Həmin dövrdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğalının davam etməsi, bir qədər sonra isə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi bu ideyanın reallaşdırılmasını mümkünsüz edib. 2020-ci ilin dekabrında Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra Rəcəb Tayyib Ərdoğan yenidən “3+3” formatı barədə düşünməyi təklif edib. Ankaranın təklifi rəsmi Bakı tərəfindən də dəstəklənib. Prezident İlham Əliyev yeni formatı bölgənin gələcək təhlükəsizlik konstruksiyasının etibarlı təminatçısı kimi xarakterizə edib”, – videomaterialda vurğulanıb.

Daha ətraflı “Caliber”in süjetində: