30 yaşlı dünya çempionu öldü

Xizək akrobatikası üzrə 2021-ci il dünya çempionu rusiyalı Pavel Krotov 30 yaşında vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Sərbəst İdman Federasiyası məlumat verilib.

Təşkilat idmançının ölümünün səbəblərinin məlum olmadığını bildirib.

Pavel Krotov Rusiya milli komandasının tərkibində 2014 və 2018-ci il Olimpiya Oyunlarında iştirak edib.