“Pekinin texnoloji inkişafını nəzərə alsaq, 30 ildən sonra hər kəs Çin dilində danışacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, nəqliyyat naziri və Liqa Partiyasının lideri Matteo Salvini deyib.
O qeyd edib ki, işinin bir hissəsi olaraq Çinin nələr etdiyini öyrənir:
“Pekinin bir neçə il ərzində 48 min kilometrlik, ümumilikdə Çinin isə 2035-ci ilə qədər 60 min kilometrlik yüksəksürətli dəmir yolu xətti çəkə biləcəyinə inanıram”.
Nazir əlavə edib ki, İtaliya 2 min kilometrlik həddə çatmaq üçün çalışır.
Əliyar Xəlil
Globalinfo.az