Bir ay sonra hücuma keçsələr, nə edəcəyik? – Soqoyan

“Bir aydan sonra bizə hücum etsələr, nə edəcəyik?”

Globalinfo.az xəbər verir ki, bunu erməni fəal Mane Soqoyan deyib.

O, dolayı yolla Ermənistan hakimiyyətinin yürütdüyü siyasəti tənqid edib.

“Hücum etsələr, status yazacağıq, Nikolu 1000 dəfə dəfn edəcəyik. Bəziləri isə son dəfə çoxdan kürsüdən enmiş hərbi rəhbərlərinə tərəfinə baxacaq. Sonra susacağıq: kişilər utancdan, qadınlar dərddən. Kaş ki, mənə bunun əksini sübut edən olaydı”, – M.Soqoyan bildirib.

Qeyd edək ki, son günlər Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatlar törədir.

Safura Bənnayeva
Globalinfo.az