20 ukraynalı hərbçi Polşada qəzaya düşdü

Polşada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 20 Ukrayna vətəndaşı xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko açıqlayıb.

O, qəzaya uğrayan avtobusun Ukrayna şirkətinə məxsus olduğunu təsdiqləyib.

İlkin məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan 20 ukraynalı xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilir. Qalan sərnişinlər müvəqqəti qaldıqları yerə göndərilib.

“Ukraynanın Lyublindəki Baş Konsulluğu qəzanın bütün hallarını aydınlaşdırmaq üçün yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır”, – deyə Oleq Nikolenko bildirib.