Mirzoyan Abdullahianla Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Globalinfo.az xəbər verir ki, Ermənistan departamentinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı iranlı nazirin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı iki ölkə başçıları səviyyəsində müzakirə olunan istiqamətlər və formatlar üzrə qarşılıqlı fəaliyyət məsələlərinə, o cümlədən Ermənistan-İran ikitərəfli gündəliyinin təşviqi istiqamətində görülən işlərə toxunulub.