Ərdoğan: “Türk Dövlətləri Təşkilatı BMT-yə nümunə olacaq”

“Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq təşkilatlara nümunə olacaq qərarlar qəbul etməli, regional və qlobal problemlərə yönəlik həll yolları ortaya qoymalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti təşkilatın beynəlxalq məsələlərdə söz sahibi ola biləcəyini qeyd edib:

“Bildiyiniz kimi bu yaxınlarda “Türk dövrü” adlı iclas keçirdik. Bu ad əslində hər şeyi əhatə edir. Hər zaman verəcəyimiz güclü mesajlarımız var və bundan sonra Birləşmiş Millətlər Təşkilatı başda olmaqla bütün beynəlxalq təşkilatlara nümunə olacaq addımlar atmağa çalışacağıq. Hər zaman verəcəyimiz güclü mesajlarımız var və bundan sonra Birləşmiş Millətlər Təşkilatı başda olmaqla bütün beynəlxalq təşkilatlara nümunə olacaq addımlar atmağa çalışacağıq.Ona görə də biz TDT-ni 21-ci əsrin parlayan ulduzu adlandırdıq. Biz siyasi və strateji əməkdaşlığımızı hər gün artırırıq. Birlikdən doğan gücümüzün təsiri ilə biz beynəlxalq məsələlərdə söz sahibi ola bilərik.Çünki biz sülhə və sabitliyə töhfə verən, qlobal problemlərin həllində aparıcı rol oynayan bir Türk dünyasını hədəfləyirik”.

Əliyar Xəlil
Globalinfo.az