Əmisi oğlunu torpaq üstündə baltaladı

Şəmkir sakininə balta ilə xəsarət yetirilib. 

Globalinfo.az bildirir ki, bununla bağlı Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Elçin Əliyevin baş nahiyəsindən xəsarət alması ilə bağlı məlumat daxil olub.

İlkin məlumata görə, E. Əliyev torpaq üstündə əmisi oğlu Səxavət Əliyev ilə mübahisə edən zaman xəsarət alıb.

Zərərçəkmiş ifadəsində əmisi oğlunun balta ilə ona xəsarət yetirdiyini bildirib.

Faktla bağlı ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.