tufeng

Tərtər rayonunda baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam saatlarında rayonun İrəvanlı kənd sakini Zəfər adlı şəxsin istixanasında baş verib.

Laçın rayonundan olan keçmiş məcburi köçkün 1974-cü il təvəllüdlü Məzahir Yusifov Şəmkir rayonunda yaşayıb. O, bir müddət əvvəl rayonda həyat yoldaşından boşanıb, Tərtər rayonuna işləməyə gəlib və istixanada işə düzəlib. Bir neçə gün əvvəl isə Zəfər adlı sahibkar onu istixanada briqadir vəzifəsinə təyin edib və günəmuzd işçilərin əməkhaqqılarını verməyi ona həvalə edib. İki gün əvvəl Məzahir istixanada fəhlə işləyən Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Hüsən Mirzəzadənin gündəlik əməkhaqqını az hesablayıb və ona nəzərdə tutulan məbləği ödəməyib. H.Mirzəzadə bu barədə ona irad bildirəndə Məzahir onun həmin gün az işlədiyini bildirib.

Dünən Məzahir yenidən Hüsənə az əməkhaqqı verib və onu işdən azad etdirəcəyini bildirib. Bu prosesdən əsəbiləşən Hüsən evlərinə gələrək ov tüfəngini götürərək istixanaya qayıdıb. O, istixanada yaşayan Məzahiri çağıraraq otaqdan çıxarıb. Məzahir istixananın həyətinə çıxarkən Hüsən ona tüfəngdən iki atəş açıb. Güllə Məzahirin ayaqlarından dəyib.

Hadisəni törədən Hüsən Mirzəzadə ərazidən uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə o saxlanılıb.

***12:32

Tərtərdə 52 yaşlı kişinin güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

Globalinfo.az bildirir ki, APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Qeyd edək ki, hadisə Şıxarx qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.

    Faktla bağlı araşdırma aparılır.

    Paylaş: