Əliyev və Paşinyan bu tarixdə görüşə bilər

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında növbəti üçtərəfli görüş planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

O bildirib ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti təşkil ediləcək. Sözügedən görüş məhz bu sammit çərçivəsində baş tuta bilər.