Ələt – Astara yolunda mikroavtobus aşdı – Yaralananlar var

Bu gün saat 14 radələrində Lökbatan qəsəbəsindən Ümid qəsəbəsinə 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, nəticədə avtobusda olan sərnişinlərdən 8 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra təcili yardıma məlumat verilib və xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

X X X

Bakı – Ələt – Astara yolunda qəza olub.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, qəza mikroavtobusun aşması nəticəsində baş verib.

2 nəfərin öldüyü, 5 yaralının olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.