Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələrinə Zəngilan şəhərindəki Konqres Mərkəzində “Zəngəzur dəhlizi – regional nəqliyyat şəbəkəsi” mövzusunda brifinq verilib.
Globalinfo.az xəbər verir ki, brifinqdə diplomatları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə həmçinin diplomatlara Azərbaycanın nəqliyyat-logistika imkanları, tranzit potensialı və bu sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib.