Zəngəzur dəhlizinin xəritəsi artıq hazırdır.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlayıb. Onun sözlərinə görə, xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında hazırlanıb.
Xəritədə Azərbaycan, Ermənistan və İran ərazisindən keçən hissələr — yaşayış məntəqələri, yollar, çaylar və dağlar öz əksini tapıb. Müqabil Bayramov bildirib ki, sənəddə həmçinin Araz dəhlizi də təsvir olunub.
Kartoqrafik əsər həm Azərbaycan, həm də ingilis dillərində tərtib edilib.