“Zəngəzur dəhlizinin açılışı Azərbaycan və Ermənistan arasında sülh sazişini tamamlayacaq addımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Paşinyana bu məsələ ilə bağlı artıq hər şeyi demişik. İndi biz sülh üçün bütün yelkənləri açmalıyıq. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq. Türkiyə olaraq bu barışı ürəkdən dəstəkləyirik. Zəngəzur dəhlizinin açılması bu sülh sazişini taclandıracaq və tamamlayacaq addımdır. Bu addımlar Azərbaycanın, Ermənistanın, Türkiyənin və regionun digər ölkələrinin rifahına və sülhünə müsbət töhfə verəcək”, – Ərdoğan bildirib.