118180502 53f10ebe 42d3 4b28 8ca8 86a5c5d7a31f.jpg

“Zəngəzur dəhlizi məsələsində İran və ABŞ-ın maraqları üst-üstə düşür”.

Globalinfo.az xəbər verir ki. bunu Beyrutda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaxaryan deyib.

“Qərbi bu məsələdə narahat edən odur ki, kommunikasiyalar Rusiyanın nəzarətinə keçməsin. İran isə yola yalnız Ermənistanın nəzarət etməsini istəyir. Çünki bu halda Tehranın xarici dünyaya çıxışı etibarlı qalacaq. Bu məsələdə geosiyasi mərkəzlər arasında konsensus yoxdur. Ona görə də kommunikasiyalar hələ açılmayıb. Amma İran və ABŞ-ın bu xəttin blokdan çıxarılması məsələsində razılığa gəldiyini düşünmək üçün əsaslar var. Bunu hazırlıq infrastrukturu ilə bağlı aparılan işlər təsdiqləyir”, – deyə Qantaxaryan vurğulayıb.

Müşviq Tofiqoğlu,
Globalinfo.az

Paylaş: