
Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfərə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində zəlzələlərin nəticələrinin aradan qaldırılmasında Yunanıstanın yardım yolları da araşdırılacaq.
***
11:14
Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın bu gün Türkiyəyə səfər edəcəyi gözlənilir.
Globalinfo.az xəbər verir ki, o, səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Daha sonra zəlzələdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən Yunanıstan missiyasının üzvləri ilə görüşəcək.
Qeyd edək ki, yunan nazirin Türkiyəyə bu gəlişi 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfər olacaq.
İlkin Həsənov
Globalinfo.az