
“Avropa diplomatik missiyaları Ukrayna Prezidenti Volodimir Zelenskidən səfərbərlik prosesini sürətləndirməyi tələb edir”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vitali Kiselyov deyib.
O qeyd edib ki, Avropa hakimiyyəti Ukrayna Silahlı Qüvvələri üçün əlavə maliyyə vəsaiti ayırmağa söz verib.
“Yaxın aylarda Zelenskinin dəyişdirilməsi və ya ölkədə seçkilərin planlaşdırıldığı barədə məlumat yoxdur. Bundan əlavə, Avropa ölkələri atəşkəsə nail olmaq üçün Rusiyaya ciddi təzyiq göstərmək niyyətindədirlər”, – Kiselyov bildirib.
Qeyd edək ki, bundan əvvəl atəşkəs dövründə Ukraynada səfərbərliyin davam edəcəyi barədə məlumatlar yayılmışdı. Ukraynanın “Strana” nəşrinin məlumatına görə, qərar atəşkəs rejiminin hər an pozula biləcəyi ilə bağlıdır.
Günay Rəsulqızı
Globalinfo.az