Tramp elan etdi: “Tezliklə çox fərqli şeylər olacaq”

160722 donald trump mn 0940

ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatları davam etdirməsini dəstəkləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən deyib. O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını bildirib.

“Onunla danışdım və dedim: “Davam edin!”, – Tramp qeyd edib.

Tramp həmçinin yaxın gələcəkdə İranla qarşıdurmanın daha da kəskinləşə biləcəyinə işarə edən açıqlama verib:

“Növbəti həftə çox önəmli olacaq. Bəlkə də daha tez!” – o, detallara varmadan xəbərdarlıq edib.

Aysel Əliyeva
Globalinfo.az