Zelenskinin yerinə onu hazırlayırlar: Ukrayna TV-sində növbəti prezidentin adı çəkildi

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının ölkə prezidentliyinə namizədliyi müzakirə olunur. 

Globalinfo.az xəbər verir ki, general-mayor Dimitri Marçenko Ukrayna televiziyasına müsahibəsində bu iddiaları dəstəklədiyini bildirib.

Bildirilib ki, Zalujnının namizədliyi müzakirə edilir və Ukraynaya “Şarl de Qoll təcrübəsi olan hərbi prezident” lazımdır.

Qeyd edək ki, artıq bir müddətdir Volodimir Zelenski ilə Valeri Zalujnı arasında fikir ayrılıqlarının olduğuna dair iddalar yayılıb. Məsələ Qərb mediasında ciddi müzakirə mövzusuna çevrilib.

Əliyar Xəlil
Globalinfo.az