Zelenskinin yerinə gələcəyi deyilən Bakı ermənisi danışdı

Xəbər verdiyimiz kimi, Rusiya kəşfiyyatı Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun Prezident Volodimir Zelenskinin yerinə gətiriləcəyinə hazırlıq görüldüyünə dair məlumat yayıb. 

Globalinfo.az xəbər verir ki, A.Avakov sözügedən iddialara münasibət bildirib.

O, Rusiya tərəfinin Kurskdakı uğursuzluq fonunda belə məlumat yayaraq diqqəti yayındırmağa çalışdığını deyib:

“Cəsur rus kəşfiyyatının Ukraynanın Kursk vilayətindəki əməliyyatlarından qaçarkən nə etdiyi indi məlum oldu. Moskva “informasiya bombası” hazırlayır. Onlar Ukrayna cəmiyyətində bu məsələ ilə səs-küy yarada bilmədilər. Bizim qoşunlarımız isə artıq Kurskdadır. Biz cəbhədəki əsgərlərimizlə əlaqədəyik. Müzakirələr aparırıq. Rusiya isə axmaq hiylələrlə ortalığı qızışdırır”.

Qeyd edık ki, A.Avakov Bakı ermənisidir. Əsl soyadı Avakyandır. O, 1964-cü ildə Kirov (indiki Rəsulzadə) qəsəbəsində anadan olub. A.Arakov erməni əsillidir.

Ayşən Mustafa
Globalinfo.az