Rusiyanın Kaspisk şəhərində güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, dayanacaqda azı 15 avtomobilə ziyan dəyib, binanın pəncərələri sınıb.
Hadisənin səbəbləri və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Safura Bənnayeva
Globalinfo.az
