zelenski 1

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin həlli ilə bağlı referendum keçirmək üçün iki aylıq atəşkəs tələb edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Zerkalo Nedeli” qəzeti məlumat yayıb.

“Biz referendum keçirə bilərik. Bunun üçün ən azı 60 gün vaxt lazımdır. Bu müddət ərzində əsl atəşkəs lazımdır. Əks halda, biz onu keçirməyəcəyik, yəni referendum qanunsuz olacaq”, – deyə o  bildirib.

Zelenski qeyd edib ki, Ukraynada seçkilər sülh müqaviləsi üzrə referendumla eyni vaxtda keçirilə bilər .

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: