1740660888014 hakan okcal manset 2

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə xaricdən hərbi yardımın yenidən çatdırılmağa başlandığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında paylaşım edib.

“Bizim ən yüksək səviyyədə siyasi siqnallarımız var – yaxşı siqnallar, o cümlədən Amerika Birləşmiş Ştatlarından və avropalı dostlarımızdan. Bütün məlumatlara görə, tədarüklər bərpa olunub”, – deyə Zelenski bildirib.

Prezidentin bu açıqlaması Rusiya ilə davam edən müharibənin kritik mərhələsində Ukraynanın silah və texnika təminatının davam edəcəyini göstərir.

Tahir Turan
Globalinfo.az

Paylaş: