Zelenski Türkiyəyə gəlir – Ərdoğanla görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski sabah Türkiyəyə rəsmi səfərə gəlir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Zelenski arasında Türkiyə-Ukrayna münasibətləri müzakirə ediləcək

Səfər çərçivəsində həmçinin Ukrayna-Rusiya müharibəsi, Taxıl Dəhlizi sazişi və regionda daimi sülh axtarışlarının ətraflı müzakirə olunacağı qeyd edilib.

Globalinfo.az