2024 11 15 volodimir zelenski aa

“Kiyev Vaşinqtondan cəmi 75 milyard dollardan çox pul alıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski bildirib.

O, Vaşinqtonun Kiyevə ayırdığı 200 milyard dollarlıq hərbi yardımın hara getdiyini bilmədiyini deyib:

“Ukraynanın müharibə zamanı orduya dəstək və sair üçün 200 milyard dollar alması doğru deyil. Bütün bu pulların harada olduğunu bilmirəm. Ola bilsin, deyilənlər yalnız sənəd üzərindədir. Ukrayna ABŞ-dan cəmi 75 milyard dollardan çox pul alıb”.

Xatırladaq ki, yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Ukraynaya hərbi yardım üçün digər NATO ölkələrindən 200 milyard dollar çox xərcləyib. Yanvarın 22-də Tramp həmçinin Ukraynaya Amerika silahlarının tədarükünün tamamilə dayandırılmasının mümkünlüyünü istisna etməyib.

Əliyar Xəlil 

Globalinfo.az

Paylaş: