Zelenski: “Rəsmi Kiyev Krım körpüsündəki partlayışın sifarişçisi deyil”

 

Krım körpüsündə baş vermiş partlayışı rəsmi Kiyev sifariş etməyib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kanadanın CTV telekanalına müsahibəsi zamanı deyib.

“Bildiyim qədəri ilə, biz dəqiq belə bir sifariş verməmişik”, – Ukrayna dövlət başçısı əlavə edib.

Xatırladaq ki, oktyabrın 8-i səhər saatlarında Krım körpüsündə yük avtomobilinin partlaması nəticəsində körpüdə hərəkət edən yük qatarının çənləri yanıb. Hadisə zamanı 4 nəfər həlak olub. Körpünün avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hərəkət hissəsinin 2 zolağı dağılıb.