Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin baş naziri Denis Şmıqalı istefaya göndərməyi və onun yerinə iqtisadiyyat naziri Yuliya Svırıdenkonu təyin etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bunu ukraynalı deputat Yaroslav Jeleznyak deyib.
“Bu cür kadr dəyişikliyinə səbəb hakimiyyətə inamın itirilməsi, xüsusən də iqtisadi və büdcə sferasında çoxlu uğursuzluqlardır. Bir az yenilənmə olmalıdır, çünki yaxın gələcəkdə ölkədə seçkilər olmayacaq”, – o bildirib.
Deputatın sözlərinə görə, Şmıqalın istefaya göndərilməsi üçün Nazirlər Kabinetinin rəhbərinin işdən çıxarılmasını qadağan edən maddəyə dəyişiklik etmək lazımdır:
“Yalnız bundan sonra dərhal Şmıqalın könüllü istefası olacaq”.
Qeyd edək ki, aprel ayında Ukrayna müdafiə nazirinin birinci müavini İvan Qavrilyuku vəzifəsindən azad edilib.
Günay Rəsulqızı
Globalinfo.az