Zelenski kortejinə raket zərbəsindən danışdı: “Həmin an…”

“Rusiyanın Odessaya atdığı raket məndən 400 metr aralıya düşdü”.

Globalinfo.az xəbər verir ki, bunu İtaliyanın “Rai 1” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski səsləndirib.

“Raket çox tez düşdü, həmin an həyəcan siqnalı çalındı. Lakin bu, çox qısa müddətdə baş verdi. Çünki raket işğal olunmuş Krımdan atılmışdı. Buna görə də təhlükəsizlik qüvvələri çox cəld reaksiya verə bilmədilər”, – Zelenski vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az