Kiyevdə atışma zamanı polis zabitlərinin qaçmasından sonra Ukrayna Daxili İşlər Nazirliyinin bütün idarəetmə zəncirində kadr dəyişiklikləri baş verəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski bildirib.
“Bu hadisə ilə bağlı artıq cinayət işi başlanılıb və patrul əməkdaşlarının fəaliyyəti tam şəkildə yoxlanılacaq, onlar belə bir şəraitdə hərəkət etməli idilər. İşlə Dövlət İstintaq Bürosu məşğul olur”, — Zelenski deyib.
Tahir Turan
Globalinfo.az