Rusiyalı politoloq Vasili Vakarov Ukrayna Prezidenti Volodimir Zelenskinin yeraltı bunkerlərindən birinin Kiyevdə, Ukrayna Nazirlər Kabineti binasının altında yerləşdiyini iddia edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Vakarovun sözlərinə görə, 1930-cu illərdə NKVD-nin binası Kiyevdə, indiki Nazirlər Kabinetinin yerləşdiyi ərazidə olub.
Yaxınlıqda yerləşən “Arsenal” zavodunun işçilərinin fabrikin özü, NKVD binası və Prezident administrasiyası arasında yeraltı keçidlər inşa etdikləri iddia olunur. Onun sözlərinə görə, bu sistem zamanla “yeraltı şəhərə” çevrilib və müxtəlif səviyyəli zirzəmilər bu gün də mövcuddur.
O, əlavə edib ki, Kiyevdəki bunker yaxşı mühafizə olunur və hətta nüvə zərbəsinə davam gətirə biləcək səviyyədə möhkəmləndirilib.
Vakarov həmçinin oxşar obyektin Qərbi Ukraynada yerləşdiyini iddia edib. Onun sözlərinə görə, həmin ərazidə keçmiş prezident Viktor Yuşçenko tərəfindən tikdirilən iqamətgahın yaxınlığında hərbçilər tərəfindən möhkəmləndirilmiş təbii mağaralar var.
Xatırladaq ki, Zelenski daha əvvəl iki ildir bunkerdə yaşadığını bildirib. İddialara görə, o, həmin məkanda gecələyib və iş üçün ofisinə oradan gedib.
Tahir Turan
Globalinfo.az