1777493199 2025 04 06t091317z 1715454452 rc2lrda9ovsh rtrmadp 3 ukraine crisis drones scaled 1

Litvada naməlum uçan obyektin ölkənin hava məkanına daxil olması təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub. Hadisə ilə əlaqədar bir neçə bölgədə hava həyəcanı elan edilib, sakinlərin mobil telefonlarına xəbərdarlıq mesajları göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Litvanın LRT telekanalı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 18-də səhər saatlarında Panevejis və Şaulyay bölgələrində mümkün dron təhlükəsi ilə əlaqədar qırmızı hava həyəcanı elan olunub.

Daha sonra Kaunas və Şaulyay bölgələrində xəbərdarlıq ləğv edilib. Sonrakı açıqlamada isə Litva üzrə hava həyəcanının tamamilə aradan qaldırıldığı bildirilib.

Litvanın müdafiə naziri Robertas Kaunas deyib ki, uçan obyekt radarlar vasitəsilə izlənilsə də, əlverişsiz hava şəraiti səbəbindən NATO qırıcılarının pilotları onu vizual olaraq müəyyən edə bilməyiblər.

Bu səbəbdən obyektin məhv edilməsi barədə qərar qəbul olunmayıb.

Nazirin sözlərinə görə, naməlum obyektin ölkə ərazisini tərk etməsi ehtimalı var, lakin bu, hələ təsdiqlənməyib. Hərbçilər obyektin sonuncu dəfə qeydə alındığı ərazidə araşdırma aparırlar.

Litva rəsmiləri obyektin mənşəyini və onun hansı təhlükə yaratdığını hələlik dəqiqləşdirməyiblər.

Hadisə ilə bağlı araşdırma davam edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: