Ramzan Kadırov ölüm ayağındadır, danışa bilmir – İDDİA

Çeçenistan rəhbəri Ramzan Kadırovun rəsmi tədbirlərdə görünməməsinin səbəbi böyrək xəstəliyinin kəskinləşməsi ola bilər.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Çeçenistan müxalifətinin lideri, müstəqil İçkeriya tərəfdarı Tumso Abdurahmanov (Əbu Səddam Şişani təxəllüsü ilə tanınır) öz Teleqram kanalında yayıb.

“Məlumat var ki, Kadırov ölüm ayağındadır və artıq danışmır. Böyrəklərin fəaliyyəti tam dayanıb, dializ kömək etmir. Ola bilsin ki, o, son günlərini yaşayır”, – o bildirib.

Xatırladaq ki, cari ilin mart ayında da Çeçenistan lideri Ramzan Kadırovun səhhətində ciddi problemlərin yarandığı bildirilmiş, böyrəklərində ciddi problemlər olduğu ehtimal edilmişdi.