“Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə G20-də görüşməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov Vladimir Putinlə Volodimir Zelenskinin dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində görüşünü “mümkünsüz” adlandırıb.
O, Moskvanın əvvəlki mövqeyini təkrarlayaraq bildirib ki, Putinlə görüşmək istəyən Zelenski Moskvaya gələ bilər.
Kreml rəsmisi görüş üçün alternativ məkanın nəzərdən keçirilib-keçirilmədiyi sualına da “Moskva” cavabını verib.
Safura Bənnayeva
Globalinfo.az