Ukraynanın Türkiyədəki səfirliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya getməsinə dair məlumatı təkzib edib.
Globalinfo.az xəbər verir ki, daha əvvəl “Zerkalo Nedeli” qəzeti prezidentin səfəri ilə bağlı məlumat yaymışdı, lakin “Suspilne” ictimai teleradio şirkəti bu xəbəri səfirliyi istinad göstərərək təkzib edib.
*** 20:20
Ukrayna Prezidenti Volodimir Zelenski Ankaraya yola düşüb.
Globalinfo.az Haqqın.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı yaxın saatlarda Ankaraya çatacaq. Səfərin məqsədi və gündəliyi barədə əlavə detallara yer verilməyib.
Qeyd edək ki, bu barədə Ukrayna Prezident Ofisindən hələ ki rəsmi açıqlama verilməyib.