ABŞ generalından Qafqaz üçün xoşagəlməz müharibə proqnozu

Əgər Ukrayna Rusiya üzərində qələbə qazana bilməsə, Gürcüstan Abxaziya və Cənubi Osetiyanı unuda bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Qoşunlarının keçmiş komandanı Ben Xoces deyib.

“Düşünürəm ki, Gürcüstan nə istədiyinə qərar verməlidir. Hər şey bitəndə o hansı tərəfdə yer alacaq? Bu gün Ukraynada baş verənlər onun sərhədlərindən kənara çıxır. Bu, beynəlxalq nizam əsasında qaydaların müdafiəsi, suverenliyin, insanların müdafiəsi, beynəlxalq hüquqa əməl olunması ideyasıdır. Gürcüstan buna görə də Ukraynanın uğuruna ümid etməlidir”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az