“Dəb xətrinə zövqümdən imtina etmərəm”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PMEF) jurnalistlərə açıqlamasında deyib.
“Yalnız trend olduğu üçün hansısa geyimi seçmirəm. Dəb tendensiyalarına qarşı deyiləm, lakin şəxsi zövqümə uyğun gəlməyən nəyisə sırf məşhur olduğuna görə almıram”, – deyə o bildirib.
Diplomat xüsusilə əl işlərinə və ənənəvi naxışlara üstünlük verdiyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az