Bir neçə saat əvvəl yük avtomobillərinin hərəkəti üçün açıq olduğu deyilən “Yuxarı Lars” yenidən bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Şimali Osetiya FHN-in Baş idarəsi məlumat yayıb.

“Əlverişsiz hava şəraiti ilə əlaqədar avtomobillərin təhlükəsiz keçidinin təmin edilməsi mümkün olmadığından yük avtomobillərinin hərəkətinə icazə verilmir”, – məlumatda deyilir.

Hazırda sərhəddə 3300 yük avtomobilinin növbədə dayandığı bildirilir.

**

19:10

“Yuxarı Lars” yük avtomobillərinin hərəkəti üçün açılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

“Təmizlənmə aparıldıqdan sonra Mtsxeta-Stepantsminda-Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün açılıb”, – məlumatda deyilir.

Qeyd edək ki, sözügedən yol Ermənistanı Gürcüstan ərazisindən keçməklə Rusiya ilə birləşdirən yeganə quru yoludur.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: