“Bir gecə gözlənilmədən Ankaraya F-35-lərin köməyi ilə qəfil hücum edə bilərik”.
Globalinfo.az xəbər verir ki, bunu Open TV-də çıxışı zamanı Yunanıstan səhiyyə naziri Adonis Qeorqiadis deyib.
“Türklərin “bir gecə qəfildən gələ bilərik” şüarı məndə gülüş yaradır. Faktiki olaraq biz bir gecə qəfildən F-35-lərlə Türkiyədə, Ankarada ola bilərik. Mən demirəm ki, bunu edəcəyik, amma Ərdoğanın dedikləri məni güldürür”, – deyə o bildirib.
Qeyd edək ki, keçən həftə Yunanıstan müdafiə naziri də anoloji bəyanatla çıxış edib.
Əliyar Xəlil
Globalinfo.az