Yerusəlimdə silahlı hücum: ölənlər var

Şərqi Yerusəlimdə yerləşən Maale Adumim yaşayış məntəqəsinin yaxınlığında baş vermiş atışma nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, İsrail polisi 3 silahlının magistral yolda tıxacda qalan avtomobillərə atəş açması barədə məlumat yayıb.

İnsident nəticəsində bir zabitin öldüyünü bildirilir.

İsrail qüvvələri insidenti törədən silahlılardan ikisini öldürüb, üçüncüsü isə həbs edilib.