IMG 20231106 WA0046

8 noyabr – Zəfər günü və Şuşa şəhəri gününün qeyd edilməsi ilə əlaqədar Penitensiar xidmətin tərbiyə müəssisəsində saxlanılan və yetkinlik yaşına çatmayan 3 məhkumun şəhər gəzintisi təşkil edilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a verilən məlumata görə, ilk olaraq onlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, onların xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra Şəhidlər xiyabanında şəhidlərimizin əbədi xatirəsi yad edilib.

Vətənpərvərlik hisslərinin aşılanması, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində qələbəsinin və ərazi bütövlüyümüzün bərpasının simvollarından biri olan Hərbi Qənimətlər Parkına səfər təşkil olunub.

Yetkinlik yaşına çatmayan məhkumlar üçün nahar yeməyi, maraqlı əyləncələr və digər oyun proqramları təşkil olunub.

IMG 20231106 WA0049 IMG 20231106 WA0050 IMG 20231106 WA0048 IMG 20231106 WA0047 IMG 20231106 WA0045 IMG 20231106 WA0043 IMG 20231106 WA0044

Paylaş: