Yeni rektorlar kimlərdir? – Dosye

Prezident İlham Əliyev bu gün Bakı Mühəndislik və Sumqayıt Dövlət Universitetlərinə yeni rektorlar təyin edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət başçısının müvafiq Sərəncamları ilə Yaqub Piriyev Bakı Mühəndislik Universitetinin, Rüfət Əzizov isə Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsinə təyin olunublar.

Yaqub Piriyev bundan əvvəl Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri, Memarlıq və İnşaat İnstitutunun Nəqliyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.

Digər yeni təyin olunan rektor Rüfət Əzizov isə bu vəzifəyə qədər Təhsil İnstitutunun direktoru idi.

R. Əzizov, həmçinin Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir.