Yasamalda bina yandı

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Həsən bəy Zərdabi 84 ünvanında yerləşən yaşayış binasında, 3-cü mərtəbədəki mənzildə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları cəlb edilib. Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.

Sakinlər təxliyə edilib. İlkin məlumata görə, xəsarət alan olmayıb.