Qarşısında dura bilmədiyimiz məsələlər var – Fazil Mustafa

“Yaşadığımız reallıq ölkədə ciddi islahatların sürətlə həyata keçirilməsini tələb edir”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü il hesabatına münasibətdə deyib.

Deputat “Qarabağ” klubunun UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununa diqqət çəkib və sosial problemlərin həllinin vacibliyini vurğulayıb:

“Qarabağ” klubu uğuru ilə maliyyə müstəqilliyi olan bir komandanın üstünlüyünü göstərmiş oldu. İdmanımızın inkişafına diqqət etməliyik. Bu gün bizim millət vəkilləri kimi qarşısında dura bilmədiyimiz işsizlik, əlilliyin və pensiyanın təyinatı, təhsil, ailə və uşaq problemləri kimi məsələlər var. Bu baxımdan aşağı faizlə kredit verib yeni iş yerlərinin açılmasını situmullaşdırmaq olar”.

DOST mərkəzlərinin göstərdiyi xidmət sayı azdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ümumilikdə 600 mindən çox şəxsə məsləhət verildiyini, 486 min nəfərə isə iş yeri açıldığını qeyd olunur. Məsləhətdən daha çox iş yeri açılsa, olmazmı? İşə düzələldəndə də 1 il sonra çağırırlar ki, müqavilənin müddəti bitib, yerinə başqa adamı götürürlər. Bu kimi problemlər aradan qaldırılmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az