yangin

Xırdalanda baş verən yanğında iki nəfər xəsarət alıb. 

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, yanğın “Kristal Abşeron-2” yaşayış kompleksində, çoxmərtəbəli binanın 10-cu mərtəbəsində olub.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

***00:27

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə “Kristal 2” yaşayış kompleksində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.

Paylaş: