XİN rəhbəri GLOBSEC-in dəyirmi masasında iştirak etdi – Foto

6 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində “GLOBSEC” beyin mərkəzinin təşkil etdiyi dəyirmi masa müzakirələrində iştirak edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tədbirdə, Azərbaycan-Slovakiya münasibətləri, Avropa İttifaqı ilə əlaqələrin cari vəziyyəti, qlobal və regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyinin müxtəlif aspektləri, bölgəmizdə post-münaqişə dövründə görülən işlər və çağırışlar, mövcud mina təhdidləri, Azərbaycan-Ermənistan sülh prosesi və digər məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində analitik mərkəzdə Bratislava formunun təşkilatçısı tərəfindən təşkil olunan GLOBSEC dəyirmi masada iştirak edib.

Gkobalinfo.az  xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Azərbaycanla Slovakiya arasında ikitərəfli və çoxtərəfli münasibətlər münaqişədən sonrakı vəziyyət gündəmdə olub.