XİN başçısı: “Bu ərazilər Azərbaycana qaytarılmalıdır”

“Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.

Globalinfo.az bildirir ki, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O, delimitasiya ilə bağlı danışıqların Ermənistanla müzakirələrdə mühüm istiqamət olduğunu deyib.

“30 ildir bu ölkələr arasında sərhədlər müəyyənləşməyib, çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. Lakin 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib, öz sərhədlərinə nəzarəti bərpa edib”.

Nazir bütün hüquqi sənədlər və mütəxəssislər tərəfindən araşdırılaraq delimitasiya prosesinin davam etməli olduğunu deyib.

o, Ermənistana delimitasiya olunmamış sərhədlərdə təxribatlardan çəkinməyə çağırış olunduğunu deyib. Nazir bu ilin sentyabrında sərhəddə baş verən təxribatları xatırlayıb.