Xəzər sahilində yenidən ölü suitilər tapıldı – VİDEO

Xəzər dənizinin Dağıstan sahillərində yenidən “Qırmızı Kitab”a düşən suitilərin ölmüş cəsədləri tapılıb.

Globalinfo.az bildirir ki, APA-nın MIR24-ə istinadən məlumatına görə, bir neçə gün ərzində 50-dən çox ölü suiti tapılıb.

İlkin məlumatlara görə, heyvanlar təxminən 2 həftə əvvəl ölüb. Suitilərin ölümləri yoluxucu xəstəliklər və viruslarla əlaqələndirilir.

Qeyd edək ki, daha əvvəl də bir neçə dəfə Xəzər sahilində ölü suitilər aşkarlanıb.