netanyahu 1 900x563 2

İsrail ordusu İordan çayının qərb sahilində fəaliyyət göstərən silahlı qruplaşmaları zərərsizləşdirmək məqsədilə 1967-ci ildən bəri ən genişmiqyaslı hərbi əməliyyata hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Netanyahunun sözlərinə görə, əməliyyat zamanı mülki əhali ərazidən təxliyə ediləcək, hərbçilər evləri yoxlayacaq və silahları götürəcəklər. O, həmçinin silahlı qruplaşmaların bütün infrastrukturunun məhv ediləcəyini açıqlayıb.

“Biz sakinləri təxliyə edəcəyik, evləri bir-bir gəzəcəyik, oradan silahları çıxaracağıq və bütün terror infrastrukturu məhv ediləcək”, – deyə İsrailin baş naziri bildirib.

Netanyahu əməliyyatın dəqiq vaxtının daha sonra açıqlanacağını qeyd edib.

Xatırladaq ki, İsrail 1967-ci ildə baş vermiş Altıgünlük müharibə zamanı İordan çayının qərb sahilinə nəzarəti ələ keçirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: